“Qarabağ”lı hücumçu: “Nələrsə çatışmadı, bir qədər eniş oldu”

5 Aprel 23:20 Qarabağ 109
“Qarabağ”lı hücumçu: “Nələrsə çatışmadı, bir qədər eniş oldu”

“Bu oyunda azarkeş sayında rekord vurulması çox xoş idi. İstərdik ki, həmişə tribunalar belə dolu olsun, oyunlarımız da maraqlı və gərgin keçsin”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı Azərbaycan kubokunun yarımfinal mərhələsində "Sabah"a qarşı keçirdikləri ilk oyun barədə danışarkən deyib.

Forvard 2:2-lik heç-heçəni belə şərh edib:

“Sabah”a qarşı yaxşı oynadıq. Düşünürəm ki, qələbə qazanmaq üçün yaxşı şansımız var idi.

Sadəcə, nələrsə çatışmadı. İkinci qoldan sonra oyunumuzda bir qədər eniş oldu.

İnşallah, cavab matçında qələbə qazanmağa çalışacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti