Türkiyədəki səfir "X"də “Qarabağ”dan məlumat yaydı

6 Aprel 01:50 Qarabağ 688
Türkiyədəki səfir "X"də “Qarabağ”dan məlumat yaydı

"Qarabağ"ın U-12 komandası "Antalya Friendship Cup 2026" turnirinə qatılıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bununla bağlı "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Gənclər və idman naziri Fərid Qayıbovla birlikdə "Antalya Friendship Cup 2026" turnirinə qatılan "Qarabağ"ın U-12 komandasını ziyarət etdik", - o yazıb.

Səfir və nazir oyunçulara gələcək matçlarda uğurlar arzulayıblar.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM