Kadi Ağdam klubu üçün nə edib?

4 Aprel 22:40 Qarabağ 864
Kadi Ağdam klubu üçün nə edib?

Kadi Borqes “Qarabağ”ın heyətində 40-cı qolunu vurub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Sabah”la qarşılaşmasında (2:2) dubl müəllifi olub.

O, bununla da Ağdam klubunda keçirdiyi 123-cü matçda qol sayını “40”a çatdırıb.

Cənubi amerikalı Premyer Liqada 24 (70 oyunda), Azərbaycan kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. Kadi “Qarabağ”ın tarixində 40 və daha çox qol vuran 18-ci futbolçudur.

Borqes “Qarabağ”da ilk qolunu 2021-ci il avqustun 12-də Konfrans Liqasının III təsnifat mərhələsinin AEL (Kipr) ilə ev oyununda vurub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə