2017-ci ildən «Qarabağ»ın formasını geyinən Abbas Hüseynovun ayrılıq vaxtı çatıb.
Qurban Qubanov müdafiəçini növbəti mövsümlə bağlı planlarından kənarda saxlayıb.
Baş məşqçi 9 ildir düşərgədə yer alan cinah oyunçusu ilə müqavilənin uzadılmasını istəməyib. Bu da anlaşılandır.
Millinin keçmiş üzvü uzun müddətdir ki, əsas heyətdəki yerini itirib. O. çox nadir hallarda meydana ləpir salır.
Təcrübəli mütəxəssis bəzən Premyer Liqa və kubok matçlarında belə bir fürsət yaxalayır, avrokuboklarda isə demək olar yox.
İlk «11-liy»ə düşmək uğrunda rəqabətə tablaşmayan Hüseynov indiyədək bir neçə dəfə Ağdam təmsilçisini tərk etmək istəyib. Ölkə xaricindən belə, təklifləri olub.
Yəqin ki, 2 ay sonra bü şans yenə ayağına gəlsə, dəyərləndirəcək. Təbii, maliyyə şərtləri qaneedici olarsa.
Abbas Qurbanovlar ailəsinə qohumdur. İlyarıms öncə baş məşqçinin qardaşı Musa Qurbanovun qızıyla ailə həyatı qurub.
SPORTİNFO.AZ

