Milli komandaların oyunları ilə bağlı daxili yarışlarda yaranmış fasilə futbolçular üçün göydəndüşmə olub.
İstirahət müddətini ailələri və doğmaları ilə keçirməyi fürsət bilən top ustalarının bəziləri bir neçə günlük Azərbaycanı tərk etmək həvəsinə düşüb.
Kimisə vətəninə yola düşüb, kimisi isti ölkə sayılan Birləşmiş Ərəb Əmirliklərinin yolunu tutub.
“Qarabağ”ın futbolçusu Dani Bolt isə uzağa getməyib.
Braziliyalı müdafiəçi xanımı ilə birlikdə Gürxüstana yola düşüb.
Paytaxt Tiflisi gəzən cütlükburanın qədim yerlərini ziyarət edib, milli təamlardan sayılan gürcü xəngəli və xaçapurinin dadına baxıb.
Dani səfər zamanı çəkilmiş şəkilləri “instagram” hesabında izləyiciləri ilə bölüşüb.
HƏBİB / SPORTİNFO.AZ

