“Qarabağ”lı legioner "Napoli" ilə danışıqlar apardı: “Məni təriflədi, dedi ki…”

13:40 Qarabağ 166
“Qarabağ”lı legioner "Napoli" ilə danışıqlar apardı: “Məni təriflədi, dedi ki…”

"Məğlubiyyətə baxmayaraq, bu qarşılaşmanı yaxşı xatırlayacam”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın qapıçısı Mateuş Koxalskiyə məxsusdur.

Polşalı kipper Çempionlar Liqasında "Napoli"yə qarşı keçirdikləri matça xüsusi toxunub:

“Uduzduğumuz oyundan sonra heç vaxt razı qalmıram. Amma həmin vaxt çox müsbət şeylər baş verdi.

Bir neçə yaxşı qurtarışım oldu. Təkcə yaxınlarımdan yox, başqalarından da təbriklər aldım.

Matçdan sonra "Napoli"nin məşqçilər korpusundan bir nəfərlə danışdım.

Məni təriflədi, dedi ki, belə davam edim və inkişafdan qalmayım, çünki məni izləyəcəklər. Bu çox böyük motivasiya oldu".

Mateuş Koxalski 2024-cü ilin avqustundan "Qarabağ"da çıxış edir. Onun “köhlən atlar”la müqaviləsi 2027-ci ilin iyununadək qüvvədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti