“Qarabağ”dan gedişi yenidən gündəmə gəldi - SON DƏQİQƏ XƏBƏRİ

14:00 Qarabağ 632
“Qarabağ”dan gedişi yenidən gündəmə gəldi - SON DƏQİQƏ XƏBƏRİ

Bəhlul Mustafazadə yayda “Qarabağ”dan ayrıla bilər.

Onun gedişi növbəti dəfə gündəmə gəlib.

Martın 1-də əməliyyat olunan müdafiəçiyə xarici klubların marağı azalıb.

Son olaraq “Qəbələ“nin yetirməsinə Avropadan və Asiyadan bir neçə dəvət gəlib.

Bəhlul bu ilin əvvəlində “Şençjen Penq Siti”dan rəsmi təklif alıb. Çin tərəfi həmçinin “Qarabağ”a Mustafazadənin transferi üçün təzminat ödəməyə hazır olduğunu elan edib.

Sadəcə, arxa xətt oyunçusu Çempionlar Liqasının gedişində “köhlən atlar“ı tək buraxmaq istəmədiyi üçün “Şençjen Penq Siti”nin sərfəli çağırışını geri çevirməli olub.

İmişlidə dünyaya göz açmış müdafiəçinin “Qarabağ”la müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir.

Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçirilən oyun zamanı zədələnən Bəhlul sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.

Onun yaxın günlərdə həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.

Mustafazadənin yaşıl meydanlara dönüşü bir neçə ay çəkəcək. Yay hazırlıq dövrünə yetişməsi çox az inandırıcıdır.

Böyük ehtimalla, avqustun ikinci yarısından etibarən sıraya dönəcək. Millimizin üzvünə dəvət göndərən klublar mövcud problemdən xəbərdardır və onu gözləməyə hazırdır.

Səbəbkarın özü də bilir ki, “Qarabağ” yeni mövsüm öncəsi çox dəyişəcək.

Qurban Qurbanovun bu yöndə planlarından halidir. Məlumatı var ki, baş məşqçi stopper mövqeyinə iki tranfser etməyi düşünür.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti