“Qarabağ” xanımların qayğısına qaldı - Girişi pulsuz etdi

30 Mart 00:40 Qarabağ 427
“Qarabağ” xanımların qayğısına qaldı - Girişi pulsuz etdi

“Qarabağ” xanım azarkeşləri üçün növbəti dəfə maraqlı təşəbbüslə çıxış edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, vacib qarşılaşmada komandaya dəstək olmaq istəyən xanım azarkeşlər üçün stadiona giriş ödənişsiz olacaq:

"Azərbaycan Kubokunun yarımfinal turu çərçivəsində “Sabah” ilə keçiriləcək ev oyunumuzda komandamızı dəstəkləmək istəyən xanım azarkeşlərimiz üçün giriş tamamilə pulsuzdur".

Qarşılaşma aprelin 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti