Qurban Qurbanovun bir gözü gülür, bir gözü ağlayır - Səbəbini bilin!

10:40 Qarabağ 139
Qurban Qurbanovun bir gözü gülür, bir gözü ağlayır - Səbəbini bilin!

Çempionlar Liqası ilə pley-off mərhələsində vidalaşan «Qarabağ» hələ yalnız cismən Premyer Liqaya dönüb.

Ruhən qayıdışdan danışmaş isə bu gün üçün tezdir.

Kevin Medina başda olmaqla, bir neçə legionerin ruhu yenə Avropa səmasında dolaşır.

Onlar nə vaxt Premyer Liqanı fikirləşəcəksə, «Qarabağ» da onda çempionluq yarışmasına tam qüvvə ilə qoşulacaq.

«Qarabağ» hazırda bütün ağlını daxili liqaya verməyib. Zirə səfəri, yəqin ki, Qurban Qurbanovun bir gözünü güldürdü, bir gözünü ağlatdı.

Nə olsun ki, qəsəbədən 3 qol və 3 xalla ayrıldılar - təcrübəli çalışdırıcının komandası oyunu ilə göz oxşamadı.

Baş hakim Fərid Hacıyev matçın əvvəlində və axır dəqiqələrində «Zirə»nin penaltilərini versəydi, sonluq fərqli ola bilərdi.

«Qarabağ» müdafiəsi ilə poztiv rəy yaratmadı. Bəhlul Mustafazadənin yoxluğunda Kevin Medina bir qanqadı qırılmış quşə bənzəyir.

Kolumbiyalı «Tank» həm mövqe səhvlərinə yol verdi, həm də topu ayağında saxlamaqda çətinlik çəkdi.

Bir də diqqətə çatdıraq - Qurbanov arxa xəttə «əl gəzdirməsə», «Qarabağ» bu yay Avropa Liqasında qrup mərhələsinə belə, vəsiqə qazana bilməyəcək.

Kadi Borgesin xeyli müddət sonra qolla tanış olması isə baş məşqçini sevindirə bilər.

Vurulan üçüncü qol çoxgedişli «tiki-taka»nın məntiqi yekunu kimi yaddaşlarda qalacaq: - qısa məsafədə birtoxunuşlu ötürmələr son qolu baxımlı etdi.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti