“Qarabağ”da yeni tərəfdaş

17 Mart 22:40 Qarabağ 151
“Qarabağ”da yeni tərəfdaş

Bu gün “Azərxalça” ASC ilə “Qarabağ” arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sportinfo.az xəbər verir ki, bununla təşkil olunan tədbirdə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov, “Qarabağ”ın prezidenti Tahir Gözel, baş direktor Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov və komandanın futbolçuları iştirak ediblər.

“Azərxalça” ASC-nin sədri Emin Məmmədov “Qarabağ”ın Avropada uğurlu nəticələrindən söz açıb, böyük klublarla bir səviyyədə oyun nümayiş etdirdiyini deyib. O bildirib ki, bu uğurların arxasında ciddi iş, zəhmət dayanır.

Emin Məmmədov qeyd edib ki, rəhbərlik etdiyi qurumun məqsədlərindən biri də Qarabağ adını, Azərbaycanın mədəni irsini dünya muzeylərində təqdimat və sərgilərlə tanıtmaqdır.

“Əminəm ki, biz “Qarabağ” klubu ilə birgə gözəl layihələr həyata keçirəcəyik” - deyə E.Məmmədov vurğulayıb.

“Qarabağ” klubunun prezidenti Tahir Gözel “Azərxalça”nın gördüyü müsbət işlərdən, bu qurumun mədəni irsimizin qorunmasındakı rolundan danışıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çıxışında Azərbaycanın xalçaçılıq sənətindəki inkişafdan sevindiyini deyib.

“Xalçaçılıq Azərbaycanın simvollarından biridir və onu qoruyub saxlamaq hər birimizin borcudur” - deyən Q.Qurbanov “Azərxalça” kollektivinə, xalçaçılıq sənətini yaşadan Azərbaycan xanımlarına təşəkkür edib.

Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti