“Qarabağ”la razılığa gəldik, bu transfer üçün heç bir məbləğ ödəməyəcəyik”

16:20 Qarabağ 344
“Qarabağ”la razılığa gəldik, bu transfer üçün heç bir məbləğ ödəməyəcəyik”

“Sarsborq”un “Qarabağ”dan heyətinə qatdığını Kris Kuaku Norveç klubuna pulsuz başa gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə “futbolinfo”ya Skandinaviya təmsilçisinin idman direktoru Hans Kristian Qutu məlumat verib.

O bildirib ki, tərəflər arasında qarşılıqlı anlaşma olub:

“Biz “Qarabağ”la razılığa gəldik. Azərbaycan təmsilçisinə bu transfer üçün heç bir məbləğ ödəməyəcəyik.

Yalnız futbolçunun özünə imza pulu verdik. Bir də onun agentinə ödəniş etdik.

“Qarabağ”la isə Kuakunun bizim kluba gəlməsi üçün razılaşdıq. Onlar futbolçunu azad agent kimi buraxdılar”..

“Sarpsborq” rəsmisi “Qarabağ” sizdən onun qarşılığında hansısa futbolçunu istədimi” sualına isə belə cavab verib: “Yox, onların belə bir istəyi olmadı”.

Əlavə edək ki, son xəbərlərə görə, “Qarabağ” Kuakunu sərbəst buraxıb, əvəzində yayda bu klubdan bir nəfəri haqq ödəmədən sıralarına qatacaq. Amma norveçli rəsmi bunu təkzib edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti