İki nigeriyalı futbolçunun “Qarabağ” Futbol Akademiyasına baxışa gələcəyi vaxt müəyyənləşib.
Bu barədə Sportinfo.az-a akademiyanın baş koordinatoru Aftandil Hacıyev bildirib.
Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetoro yaxın 2-3 gün ərzində Bakıda olacaqlar. Əks təqdirdə, həmin futbolçuların gəlişi ən geci martın sonuna təsadüf edəcək.
Afrikalı oyunçular A.Hacıyev tərəfindən “Obasa Cup” turnirində kəşf edilib. O, bu məqsədlə iki ay öncə Nigeriyaya yollanıb, bir həftə ərzində yarışı izləyib.
Müsahib deyib ki, orada 17-18 yaşlı 8 nəfəri bəyənib:
”Mənim diqqətimi çəkən oyunçuların digər hissəsi yayda Azərbaycana gələcək. Təşkilati məsələlər onlar tərəfindən həll olunur.
Sənəd və biletlə bağlı nə iş varsa, hamısı özləri tərəfindən yoluna qoyulacaq. Bizim üzərimizə düşən futbolçuları yer və qida ilə təmin etməkdir.
Nigeriyalılar bir müddət Bakıda qalacaq və baxışdan keçəcək. Məşqçilərin xoşuna gələcəksə, 19 yaşlılardan ibarət komandaya və əvəzedici heyətə cəlb olunacaqlar.
Ola bilsin, onlarla müqavilə bağlayıb, Birinci Liqa klublarına icarəyə də verək. İstənilən halda ümumi vəziyyətə baxacağıq”.

