Görün, Qurban Qurbanovun oğlu “Qarabağ”da neylədi?

02:00 Qarabağ 88
Görün, Qurban Qurbanovun oğlu “Qarabağ”da neylədi?

"Qarabağ"ın forvardı Musa Qurbanlı Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, hücumçunun yubileyi Misli Premyer Liqasının 24-cü turuna təsadüf edib.

O, “Zirə” ilə səfər görüşünün (3:1) 85-ci dəqiqəsində meydana daxil olub.

Qurban Qurbanovun oğlu Premyer Liqada 2020/21 mövsümündə debüt edib. Yalnız 2 klubda çıxış edən forvard bu matçlarda 42 qola imza atıb. O, “Qarabağ”da 91 (41 qol), “Zirə”də 9 (1 qol) oyun keçirib.

Musa Qurbanlı turnirin tarixində 100 və daha çox oyun keçirən 453-ci futbolçu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti