“Qarabağ”dan Yankoviç: “Komanda şəklində biz onlardan üstünük”

19:40 Qarabağ 119
“Qarabağ”dan Yankoviç: “Komanda şəklində biz onlardan üstünük”

“Zirə”yə qarşı bu stadionda oynamaq bizim üçün həmişə çətin olub”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç deyib.

Ötən şənbə Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada ağdamlılar zirəliləri üstələməyi bacardı.

Oyunboyu rəqibinə göz açmağa imkan verməyən “köhlən atlar” yekunda 3:1 hesablı qələbə sayəsində əldə olunan 3 xalı aktivinə yazdı.

Monteneqrolu legioner “Qarabağ”ın “Zirə”dən üstün olduğunu açıq şəkildə bəyan edib:

“Burada daha inamlı təsir bağışlayırlar. Yəqin ki, bu, meydanı və stadioonu özləri üçün doğma hesab etdiklərinə görədir.

Nəticə kənardan asan qələbə kimi görünə bilər. Lakin qələbəni həqiqətən çətinliklə əldən verdik.

Rəqibi nədə üstələdik? Xüsusi olaraq hansısa fakt göstərə bilmərəm.

“Zirə”yə böyük hörmətim var, ümid edirəm ki, dediklərimdən heç kim inciməz. Komanda şəklində biz onlardan üstünük.

Daha doğrusu, oyunçuların fərdi ustalığı baxımından “Qarabağ” daha üstün görünür. Ona görə də hücumlarının qarşısını vaxtında alır, təhlükəli hücumlar qurur, lazım olan qolları vurduq.

Düzdür, “Zirə”nin də qol şansları oldu. Amma biz onları vaxtında zərərsizləşdirə bildik. Belə rəqiblərə oynmamaq hər zaman xoşdur”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti