"Levski"nin forvardı Mustafa Sanqarenin "Qarabağ"ın maraq dairəsinə düşməsi iddia olunur.
Bu barədə "TransferFeed" yazıb.
Portalın xəbərinə görə, malili hücumçunun karyerasını Azərbaycan çempionunun heyətində davam etdirə biləcəyi gözlənilir.
Mənbənin məlumatına görə, tərəflər artıq bir neçə gündür danışıqlar aparır.
27 yaşlı oyunçunun bu yaxınlarda dizindən zədə almasına baxmayaraq, "Qarabağ"ın ona marağı azalmayıb və klub oyunçunu mövsümün sonunda heyətinə qatmaq üçün ciddi səy göstərir.
Mali millisinin də üzvü özü də yaxın vaxtlarda Bolqarıstan çempionatını tərk etməyi planlaşdırır.
"Qarabağ"ın direktoru Əmrah Çəlikəl bu barədə saytımıza açıqlama verib.
Təcrübəli funksioner afrikalı forvardın onların gündəmində olmadığını söyləyib:
"Klubumuz tərəfindən indiyədək onunla heç bir səviyyədə danışıqlar aparılmayıb. Yayılan xəbərlər həqiqəti əks etdirmir".
"Transfermarkt" Sanqareni 1,5 milyon avro dəyərində qiymətləndirir. Onun "Levski" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Cari mövsümdə keçirdiyi 20 oyunda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan "Betmen" ləqəbli hücumçu daha əvvəl Fransanın "Amyen" klubunda da çıxış edib.
SPORTİNFO.AZ

