"Qarabağ" Kipr klubu "Omoniya"nın vingeri Jali Muaddib Atdam ilə mövsümün sonu üçün razılığa gəlib.
Sportal.az xəbər verir ki, bu barədə məlumatı Kipr mətbuatı yayıb.
25 yaşlı sol cinah oyunçusu azad agent kimi Ağdam klubuna keçəcək.
"Lill"in yetirməsi cari mövsümdə Kipr çempionatında keçirdiyi 22 matçda 2 qol və 3 asistlə yadda qalıb.
Fransanın 19 yaşlılardan ibarət yığmasının şərəfini qorumuş 25 yaşlı müdafiəçi millidə bir qol da vurmağa macal tapıb. "
Mouaddib yüksək sürəti və gözəl texnikası ilə seçilən futbolçudur. Futbolçunun transfer dəyəri 375 min avrodur.
24 yaşlı Zubir kimi həm hücumda, həm də sol vinger mövqeyində çıxış edir.
Qurban Qurbanov Jali Mouaddibin Zubiri layiqincə əvəz edəcəyini düşünür. Jali ən geci yayda Qurban Qurbanovun sərəncamında olacaq.
Abdullah Zubirin "Qarabağ"la müqaviləsi isə gələn mövsümün sonunda bitir.

