“Qarabağ”ın legioneri Emmanuel Addai Qana yığmasının heyətində 2026-cı il dünya çempionatında çıxış etmək istəyir.
Sportinfo.az xəbər verir ki, bu barədə 25 yaşlı yarımmüdafiəçi özü bildirib.
“Ümid edirdim ki, Afrika Millətlər Kubokunda iştirak şansım olar. Təəssüf ki, bu dəfə vəsiqə qazana bilmədik, amma qarşıda dünya çempionatı da var.
İl ərzində hər şeyin yaxşı alınmasını arzulayıram. Milliyə dəvət alsam və ölkəmi təmsil etsəm, bu mənim üçün hər şey demək olar”, - deyə Addai vurğulayıb.

