SON DƏQİQƏ - "Qarabağ" bu ölkənin klubundan gələn təklifi QƏBUL ETDİ

20:00 Qarabağ 314
SON DƏQİQƏ - "Qarabağ" bu ölkənin klubundan gələn təklifi QƏBUL ETDİ

"Qarabağ" rəhbərliyi "Strasburq"dan gələn təklifi qəbul edib.

Bu barədə klubdan redaksiyamıza məlumat verilib.

Söhbət 15 yaşlı Əli Bəşirova görə Fransa klubundan gələn dəvətdən gedir.

Bildirilib ki, hücumameyilli yarımmüdafiəçi mayın əvvəlində Fransaya yola salınacaq. Bununla bağlı qarşı tərəfə rəsmi cavab verib.

O, yaşının az olmasına baxmayaraq, bu qış baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandanın Türkiyənin Antalya şəhərindəki toplanışına cəlb olunub.

Ə.Bəşirov həm də U-18 millisinin üzvüdür və bu yaxınlarda Belarusda keçirilən Beynəlxalq İnkişaf Turnirində iştirak edib, gözəl qol vurması ilə fərqlənib.
Liqa-1 təmsilçisi onu baxışa dəvət edib.

"Strasburq" Əlinin 10-15 gün ərzində yoxlanışdan keçməsi istənilib. Bəşirov bu müddətdə gənclərdən ibarət komandanın sıralarında yer alacaq.

Əgər həmyerlimiz Liqa 1 təmsilçisinin düşərgəsində özünü yaxşı tərəfdən göstərərsə, klublar arasında transfer danışıqları start götürəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti