“Qarabağ”ın mövsümün sonunda heyətinə cəlb edəcəyi ilk futbolçunun kimliyi haqda 9 gün gün öncə məlumat vermişdik.
Artıq Kipr mətbuatı da saytımızın yaydığı xəbəri təsdiqləyib.
"DigiSport" portalı “Omoniya”nın vingeri Jali Muaddibin Atdam təmsilçisi ilə sövdələşdiyini doğrulayıb.
Bildirilib ki, 25 yaşlı fransalı sol cinah vingeri artıq “Qarabağ”la hərtərəfli anlaşıb. Hətta tərəflərin 3+1 illik ilkin müqavilə imzaladıqları vurğulanıb.
Muaddib Ağdam təmsilçisinə azad agent kimi keçəcək. Çünki onun “Omoniya” (Aradippu) ilə müqavilə müddəti mövsümün sonunda bitəcək.
O, cari mövsümdə Kipr çempionatında keçirdiyi 22 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
2019-cu ildə Fransanın U-19 yığmasına çağırılmış və burada 1 oyuna 1 qol vurmuş yarımmüdafiəçi "Lill"«n yetirməsidir.
2018-2020-ci illər aralığında bu klubun əvəzedict heyətində çıxış edib. Növbəti 3 ildə isə «Angers B»yə məxsus olub.
Bu müddətdə icarə əsasında «Avrançes»in uğurları üçün tər töküb. 2023-cü ildə Rumıniyaya yollanıb, «Botaşani» ilə anlaşıb.
İki il burada özünü göstərəndən sonra ötən ilin yayında Kiprə üz tutub.
«Qarabağ»dan əldə etdiyimiz son məlumata görə, Muaddib Yunanıstan və Türkiyə də daxil, Avropanın bəzi ölkələrindən dəvət alıb.
Ona Azərbaycanda qazanacağı puldan daha çoxu vəd olunub.
Fəqət, fransalı daim avrokuboklarda çıxış etmək istədiyi üçün karyerasını burada sürdürməyə üstünlük verib.
SPORTİNFO.AZ

