Avropanın məşhur klublarının formasını geyinmiş müdafiəçi “Qarabağ”a gələcək?

17 Oktyabr 16:00 Qarabağ 11 332
Avropanın məşhur klublarının formasını geyinmiş müdafiəçi “Qarabağ”a gələcək?

«Borussiya»nın (Dotmund) «Qarabağ»ın qapıçısı Mateuş Koxalskinin xidmətində maraqlı olmasından xəbərdarsız.

Baş məşqçi Niko Kovaç polşalı kiperi sərəncamında görmək istəməsini rəhbərliyin diqqətinə çatdırıb.

Xorvatiyalı mütəxəssis ötən mövsümdən Azərbaycanda çıxış edən «əlcək sahibi»nin komandalarını gücləndirmək iqtidarında olduğunu bildirib, bu transfer üçün büdcə ayrılmasını tapşırıb.

Balkanlı çalışdırıcı klub idarəçilərinə təqdimatında Koxalskiyə 4 aydır diqqət yetirdiyini, «Qarabağ»ın onun iştirakıyla Çempionlar Liqasında keçirdiyi bütün oyunları izlədiyini qeyd eləyib.

O, 2024-cü ilin yayında «Qarabağ»la 4 illik müqavilə imzalayıb. «Köhlən atlar» 25 yaşlı qapıçıya görə «Stal»a 1 milyon avro təzminat ödəyib.

Polyak bu mövsüm əla performans nümayiş etdirir. Çempionlar Liqasının təsnifat və əsas mərhələsində göstərdiyi sabit çıxışla Ağdam təmsilçisinin uğurlu qrafik cızmasının səbəbkarlarından biridir.

Dünən bu haqda yaydığımız xəbər böyük rezonans doğurub. Almaniyalı həmkarlarımız Niko Kovaçın bu transferin qış fasiləsində həyata keçməsini istədiyini son olaraq saytımıza məlumat veriblər.

Onların bildirdiyinə görə, baş məşqçi transferin baş tutması naminə Emre Canın xidmətindən imtina etməyə hazırdır.

Belə ki, 2020-ci ildən Dortmund təmsilçisinin formasını geyinən müdafiəçinin müqaviləsi mövsümün sonunda başa çatacaq.

Odur ki, «Borussiya»nın 31 yaşlı universal arxa xətt oyunçusunu Koxalskinin qarşılığında «Qarabağ»a təklif edəcəyi gözlənilir.

Türk kökənli Emre Can uzun müddət Almaniya millisinin kapitanı olub. O, karyerası ərzində «Bayern», «Bayer, «Liverpul» və «Yuventus» kimi Avropa nəhənglərinin formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu