
Azərbaycan Premyer Liqasının 23-cü turunda keçirilən “Neftçi” - “Qarabağ” matçında (0:1) qonaqların müdafiəçisi Kevin Medina qırmızı vərəqə alıb.
Spoerinfo.az xəbər verir ki, meydan sahiblərinin hücumçusu Ağadadaş Salyanskiyə qarşı kobud oynayan kolumbiyalı legioner 22-ci dəqiqədə meydandan qovulub.
Ağdamlıların baş məşqçisi Qurban Qurbanov kolumbiyalı müdafiəçinin etdiyi hərəkətə əsəbi şəkildə reaksiya verib. Təcrübəli mütəxəssisin reaksiyası müzakirə mövzusuna çevrilib.
Medinanın qırmızı vərəqə aldığı epizodu təqdim edirik: