COP29

"Qarabağ"dakı ikili "Xəzər Lənkəran"lıları necə sevindirir? - ŞOK FAKT!

19 May 16:05 Qarabağ 3 341
"Qarabağ"dakı ikili "Xəzər Lənkəran"lıları necə sevindirir? - ŞOK FAKT!

"Xəzər Lənkəran"ın fəaliyyətini dayandırmasından 8 il ötür.

Amma klub olmasa da, yetirmələri Premyer Liqada öz sözünü deməyi bacarır.

Bu gün futbolun sirlərini "ağ yaşıllar"da öyrənmiş çox sayda lənkəranlı Premyer Liqa və digər liqa təmsilçilərində top qovurlar.

Aralarında sözsüz ki, ən populyar olanları "Qarabağ"da çıxış edənləridir.

Söhbət Toral Bayramov və Nəriman Axundzadədən gedir.

İkili bu gün bütün Lənkəran futbolsevərlərinin fəxridir.

Əla mövsüm keçirən "Xəzər Lənkəran"ın yetirmələri ilə bağlı bir məqam isə xüsusi diqqət çəkir.

Belə ki, hər iki futbolçu da "Xəzər"in əzəli rəqibi "Neftçi"yə qarşı tam başqa motivasiya ilə çıxırlar.

Hər halda, statistika belə düşünməyə əsas verir.

Bu mövsüm Ağdam təmsilçisi 2-si Ölkə Kubokunda olmaqla "Neftçi"yə qarşı keçirdiyi 6 matçda rəqib qapısından 21 top keçirib.

21 qoldan 10-da Toral və Nəriman imzası var.

Toral 6 matça beş qol, bir asistlə töhvə veribsə, Nəriman 5 qolla yadda qalıb.

Bu, vurulan qolların yarıdan çoxunda birbaşa iştirak deməkdir.

Yəqin ki, "Xəzər"in böyük azarkeş ordusunu yuxarıdakı statistika iki qat sevindirir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"