"Qarabağ" 2 illik müqavilə və daha çox pul TƏKLİF ETDİ

11 Fevral 2024 14:00 Qarabağ 10 874
"Qarabağ" 2 illik müqavilə və daha çox pul TƏKLİF ETDİ

«Qarabağ» Leandro Andradedən sonra daha bir legioneri ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Ağdam klubu ötən ilin yayında 1+1 illik sözləşmə əsasında sıralarına qatdığı Andrey Lunyova uzunmüddətli əməkdaşlıqda maraqlıdır.

«Köhlən atlılar» 32 yaşlı qapıçıya 2027-ci ilədək nəzərdə tutulan kontrakt təklif edib. Hazırkı anlaşmaya əsasən, tərəflər yayda danışıqlar masası arxasına keçməlidir.

«Qarabağ»ın Avropa Liqasında sərgilədiyi inamlı oyunla azarkeşlərin rəğbətini qazanan rusiyalı kiperi çox gözləmək və çox gözlətmək fikri yoxdur və indidən ona daha çox əməkhaqı ödəməyə hazırdır.

Rusiyada "Torpedo", "Saturn", "Ufa", "Zenit"də çıxış etmiş Lunyov "Bayer"in (Leverkuzen) də qapısını qoruyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM