TƏCİLİ! Qurban Qurbanov yeni Medina axtarır.. VİDEO

4 Dekabr 2023 14:00 Qarabağ 1 781
TƏCİLİ! Qurban Qurbanov yeni Medina axtarır.. VİDEO

Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Molde"yə qarşı səfər matçında (2:2) zədələnən "Qarabağ"ın legioneri Kevin Medina ilkin müayinədən keçib.

MRT olunan kolumbiyalı müdafiəçinin durumu ciddidir.

Ona sağ bud tendom vətərinin qopması diaqnozu qoyulub. Cənubi amerikalı əməliyyat masasına qalxacaq.

Əməliyyat olunduqdan sonra ilkin qoyulan diaqnoza əsasən bərpa müddəti 3 aya yaxın görünür. Əməliyyatın yaxın günlərdə vaxtı və yeri bilinəcək.

İlkin dianoza əsasən, onu söyləmək olar ki, Kevin Medina “Qarabağ”ın Avropa kubokunun (Avroliqa və ya Konfrans Liqası) fevralda keçiriləcək pley-off mərhələsinin oyunlarını buraxacaq.

«Sportinfo TV»nin aparıcı-eksperti Elçin Cəfərov bu hadisənin Qurban Qurbanovun planlarına mənfi təsirindən söz açıb.

Bildirib ki, cənubi amerikalı oyunçunun uzun müddətə sıradan çıxması təcrübəli mütəxəssisi bu mövqeyə alternativ namizədləri gözdən keçirmək məcburiyyətində buraxıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR