AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov yeni təklif sürüb.
Premyer Liqanın gələn mövsümündə neçə klubun iştirak edəcəyi ilə bağlı federasiyadaxili müzakirələrə qoşulan FİFA-nın Paris ofisinin hazırkı direktoru bu sayın artırılmasını istəyib.
O, elita üçün 10 klubu məqbul adlandırmayıb, bu rəqəmin 12-yə çatdırılmasını məsləhət görüb.
Qurumun prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin ayrı-ayrı üzvləri ilə bu yöndə məşvərətləri davam etdirən E.Məmmədov bildirib ki, Premyer Liqanın sıralarını region təmsilçilərinin hesabına genişləndirmək lazımdır.
SPORTİNFO.AZ