“Qarabağ”ın legioneri 3 ölkənin klubları arasında seçim edir – SON DƏQİQƏ

1 İyun 2023 19:40 Qarabağ 2 598
“Qarabağ”ın legioneri 3 ölkənin klubları arasında seçim edir – SON DƏQİQƏ

Luka Quqeşaşvili tezliklə “Qarabağ”dan ayrıla bilər.

Gürcüstanlı qapıçıya 3 ölkədən təklif gəlib.

Kipr, Yunanıstan və Polşa klubları sözügedən kiperin meneceri ilə danışıqlara başlayıb.

Qurban Qurbanov Gürcüstan yığmasına da dəvət alan “əlcək sahibi”nin satılmasına soyuq yanaşmır.

Hər halda Şahruddin Məhəmmədəliyev sağalıb, Amin Ramazanov da tədricən təcrübə toplamaqdadır.

Luka ilyarımdır Ağdam təmsilçisinin sıralarındadır. “Köhlən atlılar” onu 2022-ci ilin yanvarında “Yağelloniya”dan icarəyə götürüb.

Elə ötən ilin yayında da onun transfer hüququnu Polşa klubundan alıb və 3 illik müqavilə imzalayıb..

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti