O, “Qarabağ”la oyunda güllə keçirməz idi” – Çexiya saytı

25 May 2023 22:40 Qarabağ 1 380
O, “Qarabağ”la oyunda güllə keçirməz idi” – Çexiya saytı

Çexiyanın iDNES.cz saytı ölkə çempionu "Sparta"nın 2023/2024 mövsümü üçün Çempionlar Liqasındakı potensial rəqibləri haqda yazı hazırlayıb.

Sportinfo.az xəbər verir ki, yazıda Ağdam təmsilçisinin Praqa klubunun ən çətin potensial rəqiblərindən biri olduğu vurğulanıb.

Bildirilib ki, "Qarabağ"ı Çexiyada yaxşı tanıyırlar:

“Dinamo” (Zaqreb, Xorvatiya), “Ferensvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan), “Slovan” (Slovakiya), “Kopenhagen” (Danimarka) Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək üçün “Sparta Praqa”nın ən çətin potensial rəqibləridir.

İtaliya çempionatının geridə qalan turlarında sürpriz olmasa, o zaman Çexiya çempionu avrokuboklara 3-cü mərhələdən başlayacaq.

"Slovan", "Ferensvaroş" və "Qarabağ" "Sparta" ilə qarşılaşmaları üçün iki mərhələ keçməlidir.

“Qarabağ”ı Çexiyada yaxşı tanıyırlar, ötən il Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə uğrunda “Viktoriya” ilə mübarizə aparıblar (0:0, 1:2).

Daha sonra cavab oyununda azərbaycanlılar matç ərzində üstünlüyə malik olsalar da, qapıçının kobud səhvləri səbəbindən məğlub oldular.

Çexiyalı qapıçı isə güllə keçirməz idi” - deyə yazıda bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"