“Qarabağ”ın hücumçusu: “Daha yaxşı oyun göstərmək üçün vaxtımız var”

13 İyul 01:20 Qarabağ 388
“Qarabağ”ın hücumçusu: “Daha yaxşı oyun göstərmək üçün vaxtımız var”

“Qarabağ”ın hücumçusu Zakariya Savo Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Bakıda “Vestri” üzərində qazanılan 3:0 hesablı qələbə haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Qambiya əsilli isveçli yeni komandasının potensialından bəhs edib:

“Yaxşı oyun keçirdik və inamlı qələbə qazandıq. Qarşıda cavab oyunumuz var. Tempimizi qorumalıyıq.

Düşünmürəm ki, İslandiyada asan matç olacaq. Mövsümün başlanğıcı həmişə olduqca çətin keçir.

Ona görə də hər oyuna ciddi hazırlaşmalıyıq. Özümüzü bərpa etmək, güc toplamaq və daha yaxşı oyun göstərmək üçün vaxtımız var.

“Qarabağ” daha yaxşı oynamaq üçün böyük potensiala sahibdir”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!