“Seltik”in mənimlə maraqlandığını eşidəndə tərəddüd etmədim”

13 İyul 01:10 Qarabağ 442
“Seltik”in mənimlə maraqlandığını eşidəndə tərəddüd etmədim”

“Seltik”in heyətində çıxış edən ilk kolumbiyalı olmaq Kamilo Duran üçün şərəfdir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Qarabağ”dan Şotlandiya təmsilçisinə transfer olunan hücumçu klubun rəsmi saytına açıqlamasında deyib.

O, uşaqlıq arzusunun ölkəsinin milli komandasında oynamaq olduğunu söyləyib:

“Ümid edirəm ki, burada uğurlu çıxış edərək bunu bacaracam”.

Duran “Seltik”ə keçidi haqqında danışıb:

“Mənimlə maraqlandıqlarını eşidəndə tərəddüd etmədim. Meydana çıxmağı səbirsizliklə gözləyirəm. Özümü meydanda doğrultmağa çalışacağam”.

“Seltik” Duranla 5 illik müqavilə imzalayıb. Şotlandiya mətbuatı keçidin 5,5 milyon avroya başa gəldiyini yazıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!