Elvin Cəfərquliyevə görə hər kəsi kövrəldən VİDEO

21:40 Qarabağ 189
Elvin Cəfərquliyevə görə hər kəsi kövrəldən VİDEO

Elvin Cəfərquliyevin “Qarabağ”a qayıdışı baş tutdu.

Düzdür, Avstriyadakı yoxlama matçlarında şans qazanmışdı.

Lakin rəsmi şəkildə sonuncu dəfə aprelin 11-də “Şamaxı” ilə qarşılaşmada forma geyindiyini nəzərə alsaq, “Vestri” ilə oyunda meydana ayaq basması 4 aydan sonrakı qayıdış idi.

Azarkeşlərin Elvini necə qarşılayacağı maraq doğururdu. Hər nə qədər ərköyünlüyü ilə gündəmə gəlsə də, futbolsevərlərin rəğbətini qazanması reallıqdır.

63-cü dəqiqədə Bruno Lanqanı əvəzləmək üçün meydanın kənarına yaxınlaşanda tribunalarda canlanma yaranmışdı.

Stadionun diktoru əvəzetməni anons edib, Elvinin adını çəkəndə arena sanki yerindən tərpəndi.

Millimizin də şərəfini qoruyan futbolçunu alqışlarla və gur səslə qarşılayan 20 mindən artıq azarkeşin cavabını Cəfərquliyev əllərini gyə qaldıraraq cavab verdi.

HƏBİB / SPORTİNFO.AZ

“Sportinfo”nun obyektivinə düşən təsirli görüntüləri anbaan təqdim edirik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti