“Biz hər oyuna ayrıca yanaşmalıyıq”.
Sportinfo.az xəbər verir ki, Bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç deyib.
Monteneqrolu legioner əsas hədəflərinin Avropa Liqasının liqa mərhələsinə yüksəlmək olduğunu vurğulayıb:
“Ümid edirəm ki, əsas mərhələyə vəsiqə qazana biləcəyik. Çünki əsas hədəflərimizdən biri budur.
Bununla yanaşı, ölkə çempionatını da unutmuruq. Çempionluğu geri qaytarmaq istəyirik”.
“Qarabağ” və “Vestri” arasında cavab görüşü iyulun 16-da İslandiyada keçiriləcək.

