“Göstərdiyimiz oyundan razı qaldıq.
Baş məşqçinin dediyi hər şeyi meydanda icra etdik və qələbə qazandıq.
Futbolçular diqqətli idilər və verilən tapşırıqları yerinə yetirdilər. Əgər bunu davam etdirsək, nəticələr də gələcək”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Bruno Lanqa Avropa Liqasının birinci təsnifat mərhələsində Bakıda İslandiyanın “Vestri” klubunu 3:0 hesabı ilə məğlub etdikləri ilk görüşü dəyərləndirərkən deyib.
Start heyətində meydana çıxaraq Ağdam klubunda rəsmi debüt edən müdafiəçi çıxışından məmnun qaldığını bildirib.
“Oyunuma görə xoşbəxtəm. Ancaq daha da inkişaf etməli, növbəti matçlarda daha yaxşı çıxış etməliyəm”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

