"QARABAĞ": "Hətta ən yaxın ətrafımıza belə, onu pulla alıb hədiyyə veririk"

18 Mart 2023 13:00 Qarabağ 877
"QARABAĞ": "Hətta ən yaxın ətrafımıza belə, onu pulla alıb hədiyyə veririk"

«Qarabağ»ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportinfo.az vasitəsilə futbolsevərlərə müraciət edib.

Press-ateşe azarkeşlərin martın 26-da «Qalatasaray»la keçiriləcək yoldaşlıq matçına böyük maraq göstərdiyini, bilet üçün kluba çoxsaylı müraciətlərin daxil olduğunu bildirib:

«Bizdən bilet istəyənləri başa düşürük. Xeyli müraciət var.

Bu, xeyriyyə matçıdır və əvvəlki oyunlardan fərqli olaraq, bilet paylamırıq. Hətta ən yaxın ətrafımıza belə, bileti pulla alıb hədiyyə veririk.

Yəqin ki, hamı bizi başa düşəcək və inciməyəcək. Bu anlayışa görə hər kəsə təşəkkür edirik.

Ümid eləyirəm ki, bu çağışa azarkeşlər də qoşulacaq və Türkiyəyə dəstək aksiyasına yaxından qoşulmağa çalışacaq».

Bakı Olimpiya Stadionunda keçiriləcək sözügedən görüş saat 20:00-da başlayacaq. Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.

Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Iticket.az-ın satış məntəqələri;

“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.

Biletləri iticket.az-dan da əldə edə bilərsiz.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu