"Qarabağ"ın iki futbolçusundan... Yenə də Musa

28 Yanvar 2023 02:50 Qarabağ 975
"Qarabağ"ın iki futbolçusundan... Yenə də Musa

“Qarabağ”ın iki futbolçusu yubiley qolunu vurub.

Sportinfo.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XIX turuna təsadüf edib.

“Turan Tovuz”la görüşdə hesabı açan Musa Qurbanlı Ağdam klubunun formasında 25-ci dəfə fərqlənib.

21 yaşlı hücumçu Premyer Liqada 22, Azərbaycan kubokunda 3 dəfə rəqib qapılarına yol tapıb.

Bu matç həm də Qurbanlının “Qarabağ”da yubiley görüşü olub. 50-ci dəfə meydana çıxan forvard çempionatda 36, kubokda 5, avrokuboklarda 9 dəfə şans qazanıb.

“Turan Tovuz”la görüşdə ağdamlıların ikinci qoluna imza atan Ramil Şeydayev komandasında 30-cu dəfə fərqlənib. O, Premyer Liqada 23, kubokda 4, avrokubokda 3 dəfə qol sevinci yaşayıb.

“Qarabağ” bu səfər qarşılaşmasında 3:2 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti