"Neftçi" ilə derbinin fəsadı - "Qarabağ"da 2 problem

4 Dekabr 2022 17:40 Qarabağ 987
"Neftçi" ilə derbinin fəsadı - "Qarabağ"da 2 problem

"Qarabağ"ın 2 futbolçusu "Netfçi" ilə Azərbaycan Premyer Liqasının XVI tur qarışlaşmasında (4:0) zədələnib.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, Qara Qarayev və Kevin Medina bu gün tibbi müayinədən keçiriləcək.

MRT onların aldığı xəsarətin nə dərəcədə ciddi olub-olmamasını müəyyənləşdirəcək və buna əsasən, məşqlərə başlayacaqları tarix bilinəcək.

29 yaşlı kolumbiyalı müdafiəçi 80-ci dəqiqədə Bədavi Hüseynovla əvəzlənib. Qara Qarayev isə 70-ci dəqiqədə yerini Julio Romaoya verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"