“Qarabağ”ı oktyabrda gözləyən CİDDİ TƏHLÜKƏ - FOTO

30 Sentyabr 2022 16:40 Qarabağ 1 047
“Qarabağ”ı oktyabrda gözləyən CİDDİ TƏHLÜKƏ - FOTO

Hələ ki, iki cəbhədə mübarizə aparan “Qarabağ” oktyabrın 1-də növbəti ayda ilk oyuna çıxacaq.

4 gündən sonra növbəti oyun, 2 günlük aradan sonra başqa bir matç və beləcə Qurban Qurbanovun üzərinə böyük yük düşəcək.

Təsəvvür edin, Avropa Liqasının qrupunda və Premyer Liqada iştirak edən ağdamlılar oktyabrda - 31 günlük ayda nə az, nə çox, 8 oyun keçirəcək.

DÇ-2022-yə görə daha bir tələb - Son 48 saat ərzində...

Təqvimə nəzər salaq:

1 oktyabr: “Qarabağ” – “Neftçi”

6 oktyabrı: “Olimpiakos” – “Qarabağ”

9 oktyabr: “Qəbələ” – “Qarabağ”

13 oktyabr: “Qarabağ” – “Olimpiakos”

16 oktyabr: “Qarabağ” – “Sumqayıt”

20 oktyabr: “Qarabağ” – “Turan Tovuz”

27 oktyabr: “Nant” – “Qarabağ”

30 oktyabr: “Şamaxı” – “Qarabağ”

Təqvimdən də göründüyü kimi, “köhlən atlar” okyabrdakı görüşlərini 3-4 gün aralığında keçirəcək. Və ən çətini, bu cür sıxlıqda komandanın Yunanıstanla Fransaya, ölkə daxilində isə Qəbələyə və Şamaxıya səfər etməsidir.

Qurban Qurbanovun bu cür durumda heyət bölgünüsü necə aparacağını, güc nisbətini necə böləcəyini, həmçinin futbolçuların yükün altından necə çıxacağını ayın sonunda görəcəyik.

Bir şey dəqiqdir ki, “Qarabağ” üçün çox çətin olacaq, çox.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti