“Qarabağ”ın “Tank”ından mənalı sözlər: "Allaha güvən, heç vaxt şübhə ilə yanaşma"

14 Avqust 2022 20:20 Qarabağ 1 828
“Qarabağ”ın “Tank”ından mənalı sözlər: "Allaha güvən, heç vaxt şübhə ilə yanaşma"

“Qarabağ”ın aparıcı futbolçularından olan Kevin Medina Almaniyada əməliyyat olundu.

Uzun müddət yaşıl meydanlara həsrət qalacaq kolumbiyalı legionerin hansı hislər keçirdiyini demək artıqdır.

Komandasının çətin oyunlar keçirdiyi dönəmdə müdafiəıçi yoldaşlarına kömək edə bilmir, çarpayıya bağlı vəziyyətdə qalıb.

Buna baxmayaraq, Medina yaşananlara görə inamını itirmir, gələcəyə ümidlə baxır.

“Tank” ləqəbli müdafiəçi keçirdiyi əməliyyatdan sonra “instagram” hesabında paylaşım edərək bu sözləri yazıb:

“Hər şey yaxşı olacaq. Allah böyükdür, bilir nə edir. Yaşananlar mütləq bir səbəbdən olur. Hadisələrin xoş gələcəyinə inan,

Allaha güvən. Heç vaxt şübhə ilə yanaşma. Buna qədər uğursuz olmadısa, bundan sonra da olmayacaq”.

Kevin Medina Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Sürix”lə səfər matçında zədələnmişdi. Bu səbəbdən o, 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti