Qurban Qurbanov yeni hücumçu almaq istəmədi, transfer planı dəyişdi

5 Avqust 2022 10:40 Qarabağ 3 783
Qurban Qurbanov yeni hücumçu almaq istəmədi, transfer planı dəyişdi

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov transfer planlarında dəyişikliyə gedib.

Təcrübəli mütəxəssis bu yay yeni hücumçu almaq fikrindən daşınıb.

İbrahim Vadji və Kvabena Ovusunun əla formada olması, Ramil Şeydayevin onlardan geri qalmamaq üçün əlindən gələni etməsi Azərbaycanın ən yaxşı çalışdırıcısının qərarına təsir göstərib.

O, indi yalnız bir mövqeyə - sağ cinah yarımmüdafiəçisi «takviyə» istəyir. Kadi Borgesi «qanad»dan orta sahəyə çəkmək fikrində olan Qurbanov hesab edir ki, müqavilə müddətini 5 il uzadan braziliyalıdan mərkəz zonada daha çox faydalanmaq mümkündür.

Bəs cinahda çıxış eləyəcək legioner nə vaxt komandaya qoşulacaq? Bu, yaxın vaxtlarda da gerçəkləşə bilər, bir, yaxud bir neçə həftə sonra da. Hər halda araşdırmalar tam sürəti ilə davam edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!