“Qarabağ”ın kapitanı və hücumçusu buna SEVİNƏCƏK

13:40 Qarabağ 849
“Qarabağ”ın kapitanı və hücumçusu buna SEVİNƏCƏK

Misli Premyer Liqasının cari mövsümündə ikinci hissənin bütün dəqiqələrində qol vurulub.

Sportinfo.az xəbər verir ki, son olaraq 26-cı turun “Qarabağ” – “Karvan-Yevlax” görüşündə 48-ci dəqiqədə qol qeydə alınıb.

Ağdam klubunun hücumçusu Kamilo Duran het-trik etməklə matçların ikinci hissəsindəki bütün dəqiqələrdə qol vurmaq statistikasını tamamlayıb.

“Qarabağ”ın kapitanı Abdullah Zubir isə bu mövsüm 43-cü dəqiqədə fərqlənən ilk oyunçu olub. Hazırkı məqamda 90 dəqiqədən 89-da komandalar mərkəzə dəvət olunublar. Yalnız qarşılaşmaların 10-cu dəqiqəsində heç kim fərqlənə bilməyib.

Ümumiyyətlə, cari mövsüm Premyer Liqada ən çox qol 79-cu dəqiqədə qeydə alınıb. Həmin dəqiqələrdə komandalar 10 dəfə fərqləniblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti