"Qarabağ"a dəhliz açanlara bax – Bir yalanın izi ilə...

16 May 2022 20:40 Qarabağ 822
"Qarabağ"a dəhliz açanlara bax – Bir yalanın izi ilə...

“Səbail” “Qarabağ” üçün çempionluq dəhliz qurmayacaqdı.

Bu barədə Sportinfo.az-a klubun icraçı direktoru Fərəc Əliyev məlumat vermiş, dəhlizə gərək duymadıqlarını bildirmişdi.

Biz də xəbər saytı olaraq məlumatı oxucuların diqqətinə çatdırmışdıq.

Lakin oyunun başlamasına 20 dəqiqə qalmış xəbər gəldi ki, bəs, “Səbail” rəqibini çempion kimi qarşılayacaq.

Klubda birinin digərindən xəbərinin olmamasının, ya da baş məşqçi Aftandil Hacıyevin günorta bir, axşamadoğru başqa qərar verməsinin kökündə nə dayandığını demək çətindir.

Bilinən odur ki, “Səbail”in etdiyi qeyri-peşəkarlıqdır. Mətbuata bir bilgi verib, əməldə başqa şey etmək peşəkar kluba yaraşan iş deyil. Təbii ki, “Səbail”ə peşəkar klub demək olarsa.

Adamların fikrini dəyişməsinin kökündə mütləq nəsə dayanıb. Görünür xəbər “Sportinfo”da tirajlanandan sonra ya sponsorlardan zəng gəlib, ya baş məşqçinin yaxın çevrəsindən kimsə ona dəhlizlə bağlı tövsiyədə bulunub, ya da...

Hörmətli oxucuya bildirmək istəyirik ki, yanlış informasiya vermək niyyətimiz olmayıb. Sadəcə “Səbail”dəkilərin qeyri-peşəkarlığına görə bu cür vəziyyət yarandı.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?