"Qarabağ" ilk "10-luq"da

8 Dekabr 2021 13:20 Qarabağ 1 795
"Qarabağ" ilk "10-luq"da

Konfrans Liqasındakı komandaların son 5 oyunda ən yaxşı nəticə göstərənlərin siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, siyahı klubların yerli çempionatdakı və Konfrans Liqasındakı nəticələrinə əsasən tərtib olunub.

"10-luq"da "Qarabağ" da yer alıb. Azərbaycan təmsilçisi 3 qələbə 2 heç-heçə ilə 7-ci sırada göstərilib.

"Köhlən atlar" dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur matçında İsveçrədə "Bazel"in qonağı olacaq.

Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Digər Xəbərlər
Xəbər Lenti