Qurban Qurbanov: "Bu, bizi aldada bilər, "Kayrat"a qalib gəlmək üçün..."

20 Oktyabr 2021 12:10 Qarabağ 1 033
Qurban Qurbanov: "Bu, bizi aldada bilər, "Kayrat"a qalib gəlmək üçün..."

"Hamımız bu oyuna ciddi hazırlaşmışıq. Oyundan-oyuna məsuliyyət daha da çoxalır.

Qrupdakı hər xalın sonda bizə çox böyük köməyi dəyə bilər".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kayrat"a qarşı keçirəcəkləri Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, bəzən rəqiblərin açıqlamaları izləyir: "Kayrat" matça çox ciddi yanaşır. Onların "Bazel"lə oyununa baxmışam. Hesabı kənara qoyaq.

Bu bizi aldada bilər. İsveçrə komandasına qarşı yaxşı oynadılar. Rəqibin təcrübəli futbolçuları var. Qalib gəlmək üçün əvvəlki oyunlardan daha istəkli olmalıyıq.

Hər şeyə əl atacağıq. Futbolçulara inanıram. Onların özlərini yaxşı tərəfdən göstərəcəyini bilirəm".

Qurbanov Almatı təmsilçisinin fərqli futbol oynadığını söyləyib: "Müdafiə futbolu oynayırlar və əks-hücumlara çıxırlar. Biz topun sürətini artırmalıyıq.

Mütləq səbrli olmalıyıq. Hər komandanın istənilən rəqibə qalib gəlmək potensialı var. Sonadək hər dəqiqə diqqətli olmalıyıq.

Bəzən rəqib də bizim düşünmədiyimizi meydanda edir. Bunlara hazır olmalıyıq. Ağıllı müdafiə olunmağı bacarmalıyıq. Oyunun tempini qaldırmağa çalışacağıq".

Oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti