"Ozobiç "Qarabağ"da qalır? - rəsmi açıqlama

21 İyun 2021 20:20 Qarabağ 1 491
"Ozobiç "Qarabağ"da qalır? - rəsmi açıqlama

"Qarabağ" Filip Ozobiçlə danışıqları davam etdirir.

Bu barədə Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

Sitat: "Filip Ozobiçlə danışıqlarımız davam edir. O, hazırda komandamızla birlikdədir. İyunun 30-na kimi "Qarabağ"la müqaviləsi var. Ümid edirik ki, tezliklə yeni müqavilə imzalanacaq".

Xatırladaq ki, 30 yaşlı yarımmüdafiəçi 2018-ci ildən "Qarabağ"ın şərəfini qoruyur. O, son mövsüm 28 görüşdə meydana çıxıb və rəqib qapılarından 12 qol keçirməyi bacarıb. Ozobiç "Qarabağ"a kimi ölkəmizdə 2 il "Qəbələ"nin şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM