“Qarabağ”ın baş menecerindən TARİXİ VİDEO PAYLAŞIM

8 May 2021 21:00 Qarabağ 736
“Qarabağ”ın baş menecerindən TARİXİ VİDEO PAYLAŞIM

“Qarabağ”ın baş meneceri Asif Əsgərov öz “tvitter” hesabında maraqlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi özünün sosial şəbəkə ünvanında Çempionlar Liqasında iştiraka dair video yerləşdirib və “Tarixdir “Qarabağ” yazıb.

Yəqin ki, bu paylaşımın edilməsi heç də təsadüfi deyil. Özünü "Neftçi" azarkeşi kimi təqdim edən Eldar Mansurovun məlum müsahibədə Ağdam klubu haqqında söylədiyi fikirlərdən sonra guman ki, Asif Əsgərovun belə paylaşımı "Qarabağ"ın uğurlarını görməzdən gələnlərə bir cavabdır. Deyəsən, bəziləri "Qarabağ"ın illərdi bu adı avropa arenasında layiqincə təmsil etməsini unudur. Yəqin ki, Əsgərov da bu paylaşımı ilə o insanlara xatırlatma vermək istəyib.

Bu, son 7 ildə avropada yeganə layiqli təmsilçimiz, Azərbaycan adını Çempionlar Liqasında oynamış məhdud ölkələr sırasına yazdırmış "Qarabağ"a "tapşırıqla irəli aparılan" damğası vurmaq istəyənlərə kəsərli cavabdır. Hər zamankı təmkinini göstərən "Qarabağ" bu dəfə də eyni təmkin göstərərək bir paylaşımla cavabdan daha üstün mövqe sərgiləmiş oldu.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!