“Qarabağ”dan 7-ci STOP!

22 Fevral 2021 16:20 Qarabağ 989
“Qarabağ”dan 7-ci STOP!

“Qarabağ” Azərbaycan Premyer Liqasının XVI turunda növbəti səfər heç-heçəsinə imza atıb.

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”la qolsuz bərabərlik Qurban Qurbanovun komandasının rəqib meydanındakı 6-cı sülhü olub.

Bu, klub tarixinin rekordunun təkrarıdı. Ağdam təmsilçisi 1992-ci ildən qatıldığı ölkə çempionatlarında heç vaxt 6-dan artıq səfər matçında heç-heçə etməyib.

1993, 1993/94, 1999/2000, 2009/10, 2011/12 və 2012/13 mövsümlərində rəqib meydanından altı dəfə 1 xalla dönən “Qarabağ” 7-ci dəfə eyni göstəriciyə imza atıb.

Ağdamlılar cari mövsümdə daha 6 səfər oyununa çıxacaq. Bu görüşlərdə qeydə alınacaq bir heç-heçə mütləq rekordla nəticələnəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!