"Qarabağ"dan dedi: "Darıxmışdım - Səbirsizliklə gözləyir, yenidən…"

22 Fevral 2021 13:40 Qarabağ 752
"Qarabağ"dan dedi: "Darıxmışdım - Səbirsizliklə gözləyir, yenidən…"

"Futbol üçün darıxmışdım, səbirsizliklə meydana qayıdacağım anı gözləyir, zədəmi tezliklə sağaldaraq, yenidən oynamaq istəyirdim.

Meydana özümü çox yaxşı hiss etdim. Heç bir problem olmadı".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın legioneri Filip Ozobiç təxminən 1 aylıq fasilədən sonra yenidən yaşıl meydanlara dönüşü barədə danışarkən deyib.

Yanvarın ortalarında məşq zamanı zədələnmiş xorvatiyalı yarımmüdafiəçi hələ tam hazır olmadığını bildirib: "Zədə əzələ ilə bağlı idi. Müalicə prosesi belə olmalı, bir qədər gözləmək lazım idi.

Ona görə belə alındı. Təbii ki, 100 faiz hazır, arzuladığım formada deyiləm. Konkret vaxt deyə bilmərəm. Amma əvvəlki formamı mümkün qədər tez bərpa etməyə çalışacam".(report).

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu