"Sabah"ın rəqibi Abdorra klubuna da qalib gəldi

9 İyul 2024 02:20 Sabah 977
"Sabah"ın rəqibi Abdorra klubuna da qalib gəldi

Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Sabah”ın rəqibi olan “Makkabi”(Hayfa) yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Barak Baharın komandası Andorradan "Atletik” ilə üz-üzə gəlib.

Görüş "Makkabi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bundan əvvəl israillilər İspaniyada təlim-məşq toplanışında olan Andorranın digər təmsilçisi “İnter”ə qalib gəlmişdi (3:1).

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular
15 Dekabr 02:30 Ay Can, ay Can...