Amerikalı aktrisa Kortni Koks “instaqram”da paylaşdığı şəkillə bir çoxlarını təəccübləndirib. Sportinfo.az xəbər verir ki, aktrisa “Mançester Yunayted”in sabiq futbolçu Devid Bekhemlə cakkuzidə çəkilmiş şəklini paylaşıb.
Bu da bir çoxlarının təəccübünə səbəb olub. Aktrisa şəklə belə şərh yazıb: “Qaynar vannada həddindən artıq istidir”.
Başqa bir amerikalı aktrisa, Cennifer Eniston təəccüblə belə yazıb: “Dayanın, axı nə baş verir?”
Sonradan məlum olub ki, aktrisa ilə Bekhem serialda çəkilirlər. Devid vəziyyətin ciddiləşdiyini görərək, aktrisa ilə ssenarini oxuduqları zaman çəkilmiş şəkli paylaşmalı olub.

