"O, Aprel döyüşləri zamanı ailəsini də götürüb qaçmışdı"

17 Yanvar 2021 18:00 Qalmaqal 3 063
"O, Aprel döyüşləri zamanı ailəsini də götürüb qaçmışdı"

“İtaliya dövləti Vətən müharibəsi günlərində bizi dəstəkləyirdi.

Buna görə, onlara təşəkkür edirəm, amma Canni de Byazinin indiki məqamda ermənini tərifləməsi qəbuledilməzdir“.

Sportinfo.az xəbər verir ki, bu fikirlər yığmamızın sabiq hücumçusu Samir Ələkbərova məxsusdur.

53 yaşlı mütəxəssis millimizin italiyalı çalışdırıcısının “Roma”nın ermənistanlı futbolçusu Henrik Mxitaryanı tərifləməsinə sərt münasibət bildirib:

Təxribatçı sual da ola bilər, ancaq ən azı təcrübəli insandır, bu fikirlərin Azərbaycanda birmənalı qarşılanmayacağını nəzərə almalı idi. Axı sən buranın çörəyini yeyirsən.

Bizim futbolumuzun çörəyini kimlər yeməyib ki? Foqtsundan tutmuş Prosineçkisinə qədər!

Hətta Aprel döyüşləri zamanı Prosineçki ailəsini də götürüb qaçmışdı. Biz isə ondan yapışmışdıq ki, Prosineçki Azərbaycan futbolunu dirçəldəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!