AFFA “Sportinfo”nun xəbərini rəsmən təsdiq etdi - Millinin baş məşqçisi ilə yollar ayrıldı

17:20 Qadın futbolu 151
AFFA “Sportinfo”nun xəbərini rəsmən təsdiq etdi - Millinin baş məşqçisi ilə yollar ayrıldı

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nərgiz Qurbanova ilə yollar ayrılıb.

AFFA-nın mətbuat xidməti Sportinfo.az-ın aprelin 13-də yaydığı informasiyanı rəsmən təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/qadin_futbolu/247469.html).

U-17-yə müvəqqəti olaraq əsas yığmanın məşqçisi Xanlar Əliyev rəhbərlik edəcək.

Nərgiz Qurbanova 2022-ci ildən bu komandanı çalışdırırdı. Onun gedişinə səbəb U-17-nin Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxışıdır.

Belə ki, yığmamız B Liqasının 3-cü qrupunda Belçika (0:11), Sloveniya (0:3) və Farer adalarına (1:6) uduzaraq, sonuncu yeri tutub.

Bərbad nəticələri əsas götürən AFFA Qurbanovaya yeni müqavilə təklif etməyib.

Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti